Zəif müəllimlər işdən çıxarılacaq - vakant yerlər olacaq
Bugünə kimi Azərbaycanda Təhsil Nazirliyi tərəfindən 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Bununla yanaşı Təhsil Nazirliyi yeni müəllimlərin işə qəbuluna hazırlaşır.
Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə deyib ki, diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb ediləcək və nəticələrini yaxşılaşdırmaları üçün onlara şans veriləcək. Qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər isə məktəblərdən ixtisar olunacaq.
Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi başlayıb. ilkin olaraq müəllimlərin iş yerinin eyni rayon daxilində yerdəyişməsi aparılacaq, növbəti mərhələdə isə bir rayondan digər rayona yerdəyişmə olacaq.
Yerdəyişmə prosesi 26 may-15 iyun tarixlərində həyata keçiriləcək./xezerxeber.az
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: