
Yeni test tapşırıqları necə olacaq?

20.12.2017

1086

Dövlət İmtahan Mərkəzində (DİM) ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodiki seminarlarda 2018-ci ildə hərbi liseylərə və ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün test tapşırıqları nümunələrinin hazırlanması və müzakirəsi başa çatıb.
DİM-dən FaktXəbər-ə bildiriblər ki, nümunələr 2018-ci ildə “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc ediləcək.
Hazırda elmi-metodiki seminarlarda bu il aprelin 30-da və mayın 7-də keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəriciləri təhlil edilir.
Dostlarınızla paylaşın!