Xaricdə təhsil sənədi necə leqallaşdırılır?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xaricdə təhsil alanların ixtisaslarının tanınması və sənədlərin təsdiqlənməsi ilə bağlı təyin etdiyi qaydalara əsasən, tanınma üçün təqdim olunan ali təhsil haqqında sənədlər (diplom və transkript), verildiyi ölkədə bir qayda olaraqleqallaşdırılmalıdır.
Tanınma üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş diplomlar və transkriptlər “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır.
AzEdu.az xəbər verir ki, Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü diplom və transkriptiiimzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində diplomvətranskripti imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin (ali təhsil müəssisəsinin) adı qeyd olunmalıdır.
Kovensiyaya qoşulmayan xarici ölkələrdə alınan ali təhsil sənədləri, sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xarici ölkələrin müvafiq dövlət qurumları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dairhökumətlərarası təqaüd proqramlarıçərçivəsində təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına zərurət yoxdur.