Xaricdə doktorantura təhsili almaq istəyənlərə müraciət edilib
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir.
"Report"xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan vətəndaşlarını 2023-cü il üzrə həyata keçiriləcək ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərinsiyahısı,elana dair ətraflı məlumatvəqeydiyyat linkimüvafiq keçidlərdənəldə oluna bilər.
Proqrama müraciət1fevral- 1 aprel tarixləriniəhatə edəcək.
Hər hansı əlavə sual yarandığı zamanFAQ/MVSvə yadpinfo@edu.gov.azmail ünvanına müraciət oluna bilər.