Universitetlərdə bu ixtisaslar ləğv ediləcək?
Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi – ali təhsil müəssisələrində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmaqdan ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir, elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır. Bunun nəticəsində ali məktəblərdə çalışan professor-müəllim heyətinin həm sayı, həm də peşəkarlıq səviyyəsi artır.
Bu barədəTrend-in suallarını cavablayarkən təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, 2022-ci ildən təhsil sistemi üçün çox mühüm proses, sertifikatlaşdırma başlandı.
“2014-cü ildən etibarən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə diaqnostik qiymətləndirmə keçirilmiş, 140 minə yaxın müəllim cəlb olunub.
Buna qədər müəllimlərin bilik və bacarıqlarının yoxlanılması həyata keçirilməyib. Düzdür, 2009-cu ildən etibarən orta ümumtəhsil məktəblərinə işə qəbul MİQ vasitəsilə həyata keçirilsə də, bu proses vasitəsi ilə işə qəbul olunanlar ümumi təhsil verənlərin çox az faizini təşkil edirdi.
Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşımaqla yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində çox əhəmiyyətli nəailiyyətlərin əldə olunmasına zəmin yaradır.
2022-ci ildən sertifikasiyadan keçməyən müəllimlərə 2023-cü ildə yenidən şans verilib və yekunda təkrar sertifikatlaşdırmadan 743 keçməyib. Bu nəticələri təhlil edəndə görürük ki, sertifikasiyadan keçməyən 500-ə qədər müəllimə bərabərlik prinsipi pozularaq yanaşılıb. Belə ki, 443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, bu müəllimlərin uzun müddət ixtisası üzrə dərs aparmadığını görürük. İxtisasl ibtidai müəllim olsa da, bu insanlar uzun müddət öz ixtisasları üzrə işləməyiblər, onlara ixtisasları üzrə dərs verilməyib”, – deyə K.Əsədov əlavə edib.
Ekspert bildirib ki, təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib ki, bu da şübhəsiz, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib.
“Amma buna baxmayaraq, sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən 479-u ilə bağlı məsələyə fərdi baxmaq təhsildə və qiymətləndirmədə bərabərlik prinsipi üçün çox vacibdir.
Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbiq edilə bilər. Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa-bunun adı üzərində iş gedir-artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər də sertifikasiyaya iştirak edə bilərlər.
Sertifikasiya zamanı müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”, – deyə o vurğulayıb.
O həmçinin əlavə edib ki, elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi – ali təhsil müəssisələrində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmaqdan ibarətdir.
“ Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir, elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır. Bunun nəticəsində ali məktəblərdə çalışan professor-müəllim heyətinin həm sayı, həm də peşəkarlıq səviyyəsi artır.
Bütün bunlara görə hesab edirəm ki, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə, doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutacaq dəyikiliyin qəbul edilməsi yaxşı hal deyil. Çünki elmi tətqiqat işləri pedaqoji sahənin təkmilləşməsinə. Inkişafına kömək edir. Təhsil, peqaqigika günü gündən inkişaf edir və bunlar da elmi tətqiqat işləri hesabına həyata keçirilir. Ona görə də düşünürəm ki, bu dəyişikliyi qəbul etmək olmaz. Çünki yekunda doktorantura pilləsini bitirmiş kadrlar da pedaqoji fəaliyyətlə məşğul olacaqlar və onların bilik və bacarıqları daha da effektivdir”, – deyə o, əlavə edib.