UNEC ilə “Bank of Baku” arasında əməkdaşlıq memorandumu imzalanıb
23.02.2023
175
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Bank of Baku” arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu rektor professor Ədalət Muradov və “Bank of Baku”nun idarə heyətinin sədri Yunus Emre Filiz imzalayıb.
UniversitetdənAZƏRTAC-a bildirilib ki, memoranduma əsasən UNEC ilə Bank arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələrə təcrübə imkanının yaradılması, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulub.
Dostlarınızla paylaşın!