Ümumi orta təhsil səviyyəsinin buraxılış sinfində (IX) təhsil alan şagirdlərin və təhsil müəssisələri rəhbərlərinin nəzərinə!
19.05.2012
320
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına son günlər edilən çoxsaylı müraciətlərə cavab olaraq bildiririk ki, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi QAYDALARI”nın 4.1-ci bəndinə əsasən ümumi orta təhsil səviyyəsinin (9 illik) istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan buraxılış sinif şagirdləri imtahana buraxılırlar.
Dostlarınızla paylaşın!