
Ukraynada bu il ali məktəblərə qəbul edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

05.12.2022

182

Müharibə dövründə Ukrayna ali məktəblərinə sənəd verən Azərbaycan vətəndaşlarından 395 nəfər qəbul olunub.
Bu barədə“Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna Elm və Təhsil Nazirliyindən bildiriblər.
Məlumata görə, bu şəxslər 2022-ci ilin əvvəlindən dekabrın 2-ə qədər olan dövrdə Ukrayna ali təhsil müəssisələrinə qəbul olunub.
Dostlarınızla paylaşın!