
Teledərslərin təkrar yayımına başlanılır

21.09.2021

185

Təhsil Nazirliyi “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verir.
Nazirlikdən "Report"a verilən məlumata görə, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq.
Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.
Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür.
Dostlarınızla paylaşın!