Təkrar buraxılış imtahanlarının nəticələri açıqlandı
Lent.az verdiyi xəbərə görə: Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər üçün iyunun 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın nəticələri Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib. Şagirdlər həmçinin cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilərlər.
IX sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu cədvəldə təqdim olunur:
Qiymət |
Fənlər üzrə düzgün cavabların sayı |
||
Ana dili |
Ana dili |
Riyaziyyat |
|
2 |
0-7 |
0-7 |
0-7 |
3 |
8-16 |
8-16 |
8-16 |
4 |
17-23 |
17-23 |
17-22 |
5 |
24-30 |
24-30 |
23-30 |
XI sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğucədvəldə təqdim olunur:
Qiymət |
Fənlər üzrə düzgün cavabların sayı |
||
Ana dili |
Ana dili |
Riyaziyyat |
|
2 |
0-7 |
0-7 |
0-7 |
3 |
8-17 |
8-17 |
8-16 |
4 |
18-25 |
18-25 |
17-24 |
5 |
26-30 |
26-30 |
25-30 |