“Təhsilin əlçatanlığından əmək bazarına körpü” - tədbir
Təhsil Tələbə Krediti Fondunun (TTKF) təşkilatçılığı ilə dövlət və özəl şirkətlərin insan resursları üzrə mütəxəssislərinin və dövlət qurumlarının kadr sahəsində çalışan rəsmilərinin iştirakı ilə “Təhsilin əlçatanlığından əmək bazarına körpü” adlı tədbir keçirilib.
Bu barədəAZƏRTAC-a TTKF-dən məlumat verilib.
İştirakçılara əvvəlcə Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun missiyası, məqsədləri və hədəfləri barədə ətraflı məlumat verilib.
Təhsil tələbə kreditindən yararlanan tələbələrin uğurlu karyera planlamaları, onların əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarını inkişaf etdirmələri üçün təlimlərə cəlb olunmaları, o cümlədən tələbələr məzun olduqdan sonra əmək bazarında işlə təmin olunmalarına vasitəçilik etmək məqsədilə keçirilən tədbir müzakirələrlə yekunlaşıb.