
“Sənətimiz sizin üçün” - UNEC-də sərgi

30.12.2022

200

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv Təhsil Mərkəzi və Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş “Sənətimiz sizin üçün” adlı satış-sərgi keçirilib.
UNEC-dənAZƏRTAC-a bildirilib ki, əvvəlcə UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova sərgi barədə qonaqlara məlumat verib.
Sonra satış-sərgini ziyarət edənlər əlilliyi olan uşaq və yeniyetmələrin, qazilərin, şəhid övladlarının bir-birindən maraqlı əl işləri ilə tanış olublar.
Dostlarınızla paylaşın!