
SAT imtahanlarının tarixi bəlli oldu

03.07.2015

350

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015 və 2016-cı illərdə keçirəcəyi SAT imtahanlarının tarixləri açıqlanıb.
ATV.az TQDK-nın saytına istinadən məlumatına görə, bu il SAT imtahanları oktyabrın 3-ü və dekabrın 5-də keçiriləcək.
2016-cı ildə isə SAT imtahanları yanvarın 23-ü, mayın 7-i və iyunun 4-də baş tutacaq.
Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir.
Dostlarınızla paylaşın!