Şagirdlərin yekun qiymətləndirilməsi bu qaydalar əsasında aparılır-TƏHSİL QANUNVERİCİLİYİ
Təhsil müəssisələrində təhsilalanların yekun attestasiyasıümumi orta və tam orta təhsil səviyyələrini başa vuran şəxslərin nailiyyətlərinin qiymətləndirilməsi məqsədiləhəyata keçirilir.
AzEdu.az xəbər verir ki, tam orta təhsil səviyyəsində təhsil sənədinə yazılacaq yekun qiymət DİM tərəfindən bu qaydada çıxarılır:
Buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki, yekun (illik) və buraxılış imtahanının qiymətlərinin ədədi ortası;
Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin yekun (illik) qiymətlərinin ədədi ortası.
Qiymətlərin ədədi ortası tam ədəd olmazsa, tam ədədə yuvarlaqlaşdırılır. Bu zaman, atılan rəqəm 5-dən kiçik olarsa, ondan əvvəlki rəqəm dəyişmir, 5 və ya daha böyük olarsa, ondan əvvəlki rəqəm bir vahid artırılır.
Qeyd edək ki, ümumi orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.
Tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyənvə ya fənn (fənlər) üzrə illik qiyməti 2 olanburaxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.