Şagirdlər ana dilini bilirmi? (statistika)
Bu ilin buraxılış imtahanları elə də ürəkaçan olmayıb. Belə ki, Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıb. Belə görünür şagirdlərimiz ana dilini bilmir.
Sual yaranır ki, testlərmi çətindi , yoxsa şagirdlər ana dilini bilmirmi?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından ATV.az-a verilən məlumata görə, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin cəmi 44.15%-i, riyaziyyat fənni üzrə isə 42.02 %-i “4” və “5” qiyməti alıb.
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin nəticələri də eyni vəziyyətdədirş belə ki, buraxılış sinifləri, 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.32%-i, riyaziyyat fənni üzrə isə 64.62 %-i “4” və “5” qiyməti alıblar.
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 54.44%-i, riyaziyyat fənni üzrə isə 55.84 %-i “4” və “5” qiyməti alıblar.
Rus bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə “2” və “3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i, riyaziyyat fənni üzrə isə 72.68 %-i “4” və “5” qiyməti alıblar.
Bu il rus bölməsi üzrə buraxılış imtahanlarında cəmi 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb. Azərbaycan bölməsi üzrə isə 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.
Natavan ÇAVUŞ