
“Sabahın alimləri” müsabiqəsi çərçivəsində müəllimlər üçün təlim

04.01.2023

150

Bu ilin fevral ayında keçiriləcək “Sabahın alimləri” XII respublika müsabiqəsi çərçivəsində müəllimlər üçün təlim akademiyası təşkil olunacaq.
Təhsil İnstitutundanAZƏRTAC-a bildirilib ki, burada müxtəlif elm adamları, sahə üzrə mütəxəssislər və digər maraqlı şəxslərlə görüşlər keçiriləcək.
Təlim əsasən “Sabahın alimləri” respublika müsabiqəsinin 8 istiqaməti (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə IX-XI siniflərdə tədris aparan müəllimlər üçün nəzərdə tutulur.
Təlimdə iştirak etmək istəyən müəllimlər yanvarın 8-dəkwww.sabahinalimleri.edu.azinternet səhifəsində qeydiyyatdan keçə bilərlər.
Dostlarınızla paylaşın!