
Sabah respublikanın 7 şəhər və rayonunda magistraturaya qəbul imtahanı təşkil ediləcək

18.02.2023

190

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 19-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçiriləcək.
DİM-dənAZƏRTAC-a bildirilib ki, imtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Dostlarınızla paylaşın!