
Rəsədxana: Günəşdəki aktivliyin artacağı gözlənilir



Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
RəsədxanadanAZƏRTAC-a bildirilib ki, fevralın 16 –dan 18-dək Günəşdəki aktivliyin artacağı gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 35 faiz, X sinif 7 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya zəif səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə 18 fevrala kimi fon səviyyəsində qalacağı proqnozlaşdırılır. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.
R1-R2 sinif radiosiqnalların kəsilmə ehtimalı 35 faiz, R3 sinif isə 7 faiz təşkil edir.
Proqnoz dövründə geomaqnit sahənin aktiv olacağı gözlənilir. Bu gün G1 səviyyəli geomaqnit qasırğası qeyd olunub (5 Kp). Fevralın 17-də G1 səviyyəli qasırğa davam edəcək, fevralın 18-i isə geomaqnit qasırğasının G2 Səviyyəsinə yüksələcəyi gözlənilir.