Rayonlarda olacaq diaqnostik qiymətləndirmənin keçirilməsində nə fərq olcaq?
Müəllimlərə xəbərimiz var. Diaqnostik qiymətləndirmə məqsədi ilə müəllimlər ilin sonunadək imtahan verəcəklər. Amma əsas məsələ ondan sonra başlayacaq. Söhbət sertifikatlaşdirmadan gedir. Diaqnostikadan yaxşi nəticə əldə etməyənlər, sertifikatlaşdırmadan sonra işini itirə bilərlər.
İlin sonunadək daha 3 şəhər və 9 rayonda müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bununla da diaqnostik qiymətləndirmə prosesi bütün ölkə müəllimlərini əhatə etmiş olacaq.
Diaqnostika başa çatdıqdan sonra, müəllimlərin sertifikatlaşması , başqa sözlə atestasiyasına start veriləcək. Prosesin daha geniş formatda olması düşünülür. Nəzərdə tutulur ki, müəllimlər test imtahanı ilə yanaşı, həm də müsahibə mərhələsindən də keçsinlər. Bəzi müəllimlərdən isə bilik və bacarıqlardan başqa qabiliyyət imtahanın veriməsi də tələb oluna bilər.
Diaqnostikada yaxşı nəticə göstərməyən müəllimlərə, sertifikatlaşma prosesinə qədər öz üzərində işləmək üçün şans verilir.
Nəticələrinə uyğun da müəllimlərin əmək haqqlarının artacağı göslənilir.