
Radiasiya Problemləri İnstitutunun əməkdaşları bu il 5 patent alıb



Bakı, 5 dekabr,AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun müxtəlif laboratoriyalarının əməkdaşları 2022-ci ildə 5 patent alıb, 4 patent “Sənaye mülkiyyəti” rəsmi bülleteninə daxil edilib və 4 patentə ilkin ekspertizanın müsbət nəticəsi haqqında bildiriş alınıb.
AZƏRTACAMEA-nın saytına istinadla xəbər verir ki, bu barədə institutun Elmi şurasının 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına həsr olunmuş hesabat yığıncağında məlumat verilib. Bildirilib ki, hesabat ilində institutun əməkdaşlarının 285 elmi işi çap olunub. Cari ildə 53-ü “Web of Science” nəşriyyatına daxil olan jurnallarda olmaqla, xarici jurnallarda 79, respublika mətbuatında 70 məqalə dərc edilib. İl ərzində institut əməkdaşlarının məqalələrinə 5482 istinad olub. Müəssisədə 4 kitab, 3 monoqrafiya, 2 dərslik nəşr edilib.