Özbəkistan XİN: Füzulidəki məktəb yeni tədris ilində istifadəyə veriləcək
Özbəkistan tərəfindənFüzuli şəhərində tikilən müasir məktəb yeni tədris ilində istifadəyə veriləcək.
Modern.az"Sputnik Özbəkistan"a istinadən xəbər verir ki,bu barədə Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumunda məlumat verib.
Oqeyd edib ki, bu təhsil ocağı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.
Xatırladaq ki,Özbəkistan büdcəsinin vəsaiti hesabına tikilən məktəb 960 şagird üçün nəzərdə tutulub. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.