
Ötən ay 46 nəfərə elmi dərəcə verilib

13.03.2023

135

Fevral ayında elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.
Prezident yanında Ali Attestasiya KomissiyasındanAZƏRTAC-a bildirilib ki, ötən ay 39 nəfərə fəlsəfə doktoru, 7 nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 24 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 4 nəfərə imtina cavabı gəlib.
Fevral ayı ərzində 12 nəfərə dosent, 3 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 2 nəfərə, professor elmi adı almaq istəyən 2 nəfərə isə imtina verilib.
Dostlarınızla paylaşın!