Naxçıvanda məktəb direktorlarının işə qəbulu müsabiqəsi keçiriləcək
Naxçıvan Muxtar Respublikasında direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin ya bu ilin sonu, ya da gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulur.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan MR-in təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, texniki məsələlər həll olsa müsabiqə bu ay, ən geci isə 2024-cü il yanvar ayında keçiriləcək: "Uğur qazanan namizədlər vakant yerlərə təyinat alacaq, eləcə də iki il ehtiyyat kadr bankında qalma imkanı qazanacaqlar".
E.Nəcəfov vurğulayıb ki, yaxın müddətdə direktor hazırlığı prosesinə başlanılacaq: "Gələcəkdə təhsilverənləri təlim prosesinə cəlb etməklə daha peşəkar, bacarıqlı direktorları müəyyənləşdirməyə nail olacağıq".