
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə uğur qazanan namizədlərin sayı açıqlanıb

03.06.2022

231

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə uğur qazanan namizədlərin sayı açıqlanıb.
Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, yerdəyişmə müsabiqəsi zamanı ümumi olaraq 950 namizəd uğur qazanıb.
Həmin namizədlərdən 372-si həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələrdə 3-5 il, 335-i həmin müəssisələrdə 5 il və daha artıq müddətə işləyənlər, 21-i şəhid ailəsi üzvü, 55-i hərbçi ailəsi üzvü olan, 495-i isə həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisələrə yerdəyişmə edən namizədlərdir.
Dostlarınızla paylaşın!