Müəllimlərə xəbərdarlıq - işinizi itirə bilərsiz
02.10.2014
331
Təhsil Nazirliyi oktyabrın 5-də keçiriləcək “Müəllimlər günü” ilə bağlı pul yığılması haqda yayılan məlumatlara cavab verib.
Nazirliyin sözçüsü Cəsarət Calehov özünün facebook hesabında bildirib ki, bu günlərdə "Müəllimlər günü" ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır: “Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan bizim 146 saylı qaynar xəttimizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq.”./qafqazinfo/
Dostlarınızla paylaşın!