Müəllimlərə hər hansı bir formada hədiyyə verilməsyin
"Müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir".
"Report"xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilib.
Elm və Təhsil Nazirliyi, həmçinin qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərimizi təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.
"Valideynlərə müraciət edərək bildiririk ki, təhsil ictimaiyyətinin başlatdığı#MənimMüəllimimçağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir.
Elm və Təhsil Nazirliyi olaraq bildiririk ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsait toplanması yolverilməzdir.
Bu kimi hallarla rastlaşdıqda nazirliyin “Qaynar xətt” xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik. Bununla əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələrinə tapşırıqlar verilib. Məsələ ilə bağlı müvafiq monitorinqlər aparılacaq", - nazirlikdən qeyd edilib.