
Məleykə Abbaszadə: "İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır"

18.11.2022

199

"İmtahanlarda yazı işlərini yoxlayan ekspertlərin sayı azdır".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, imtahanın yazı işləri ən azı iki dəfə yoxlanılır: "Müəyyən hallarda isə üç dəfə yoxlanılır. Müəyyən fənlərdən, xüsusən də rus bölməsində ekpertlərin sayı çox azdır. Şagirdlər kifayət qədərdir, amma ekspertlər azdır. Bu səbəbdən yoxlama prosesi uzanır. Bizdə 6 minə yaxın marker, ekspert var. Markerlərin sayı, məsələn, 20 min olsaydı, biz daha tez həyata keçirərik".
Dostlarınızla paylaşın!