
Məktəblərdə qış tətilinin müddəti nə qədərdir?

20.01.2016

950

27-31 yanvar tarixlərində Azərbaycanın orta ümumtəhsil məktəblərində qış tətili olacaq.
Milli.Az APA-ya istinadən bildirir ki, bununla da yanvarın 26-da dərs ilinin birinci yarımili başa çatacaq.
Dərs ilinin ikinci yarımili 1 fevral tarixində başlayacaq.
Azərbaycanın ümumi təhsil məktəblərində dərs məşğələləri ötənil sentyabrın 15-i başlayıb, bu il iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar, ibtidai siniflər üçün isə 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.
Milli.Az
Dostlarınızla paylaşın!