Mədəniyyət və Turizm Nazirliyi və Hədəfin möhtəşəm hədiyyəsi
Birinci Avropa Oyunları çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə XAN nəşriyyatında “Yazıçılarımızı dünyaya tanıdaq” adlı layihə altında kitab dəsti nəşr edilib.
“Hədəf” Şirkətlər Qrupunun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ingilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Ş.İ.Xətai, Məhəmməd Füzuli, M. F. Axundzadə, M.Ə.Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.
Layihənin əsas məqsədi I Avropa Oyunları çərçivəsində ölkəmizi ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyatmaqdır.
Qeyd edək ki, layihənin məsləhətçisi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə fəlsəfə doktoru, dossent Şəmil Sadiqdir.