
Mədəniyyət Nazirliyi musiqi məktəblərinə işə qəbulla bağlı DİM-ə müraciət edib

25.02.2022

214

"Dövlət İmtahan Mərkəzinə Mədəniyyət Nazirliyinin tabeliyində olan musiqi məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarını keçirməsi ilə bağlı müraciət daxil olub".
"Report"xəbər verir ki, bunu DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, nazirlik mərkəzə bununla bağlı sifariş göndərib: "Hazırda işçi qrupu yaradılıb, müzakirələr aparılır. Texniki tələblər göndərilib və tərəfimizdən layihə hazırlanır. Baza da yaradılıb və yekun razılaşmadan sonra müqavilə imzalanarsa, imtahanları keçirə bilərik".
Dostlarınızla paylaşın!