
Magistratura üzrə təhsil müddəti azaldılacaq - Nazir



Rusiyada magistratura üzrə təhsil müddəti azaldılacaq.
Publika.az“Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiyanın elm və ali təhsil naziri Valeri Falkov magistratura üzrə təhsil müddətinin qısaldılacağını deyib:
“Yeni koordinat sistemində əmək bazarının tələbinə uyğun olaraq bir il ərzində magistratura üzrə peşəkar və dərin bilikləri tam hazırlamaq və almaq mümkün olacaq”, - nazir bildirib.
Qeyd edək ki, hazırda bakalavr pilləsindən sonra təhsilin növbəti pilləsində təhsil müddəti universitetdən və tədris planından asılı olaraq bir il yarımdan iki ilə qədərdir.
Fevralın 22-də baş nazir Mixail Mişustin Rusiyanın ənənəvi ali təhsil sisteminə qayıtması üçün normativ-hüquqi bazanı tez bir zamanda tənzimləməyi tapşırıb. Müvafiq təklifi prezident Vladimir Putin irəli sürüb.