
Lisey və gimnaziyalara qəbulunda yeni xəbər

08.04.2016

1103

Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunlaşıb.
Milli.Az bildirir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsindən lent.az-a verilən məlumata görə, valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb.
Belə ki, I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcək.
Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.
Milli.Az
Dostlarınızla paylaşın!