“LANDAU” məktəbinin şagirdlərinin növbəti qrupu AZƏRTAC-da olub
“LANDAU” məktəbinin şagirdlərinin daha bir qrupuAZƏRTAC-da olub.
Məktəblilər əvvəlcə Agentliyin yeni binasında Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını, yerli və xarici mediaya müsahibələrini, Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsi dövründə xalqa müraciətlərini, işğaldan azad olunmuş bölgələrə səfərlərini əks etdirən fotostendlərə, həmçininAZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət muzeyə baxıblar.
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə guşəsi ilə tanış olan şagirdlərə onun Vətən müharibəsi zamanı cəbhəboyu zonada fəaliyyətindən danışılıb,AZƏRTAC-ın əməkdaşlarının bu dövrdə ictimaiyyətə operativ olaraq informasiya ötürdüyü diqqətə çatdırılıb.
Məktəblilər informasiyanın qəbulu, buraxılışa hazırlanması və redaktəsi prosesi ilə yerində tanış olublar. Bundan əlavə, uşaqlara cizgi filmləri, nağıllar, ensiklopedik məlumatlar, tapmacalar və digər maraqlı materialların təqdim edildiyi Uşaq Bilik Portalı haqqında da məlumat verilib.
Sonda şagirdlərə diplomlar təqdim edilib, xatirə fotosu çəkilib.