
İlahiyyat İnstitutunda İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər



Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bu ali məktəbin rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər.
Bu barədəAZƏRTAC-a institutdan məlumat verilib.
İctimai Nəzarət Şurasının üzvləri tələbələrin imtahanlara hazırlıqları, sualların tərtibatı, imtahan prosesi barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, 2022-2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası müvafiq qaydalara uyğun təşkil olunub.
İnstitutda sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb, imtahanlara nəzarət müəllim-koordinatorlar tərəfindən həyata keçirilir.
Qeyd edək ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, institut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, şəffaflığın təmin olunmasından ibarətdir.