
İkili diplom proqramına sənəd qəbulu aparılır

06.03.2022

218

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında həyata keçirilən ikili diplom proqramına sənəd qəbulu aparılır.
AzEdu.azxəbər verir ki, ikili diplom proqramına qəbul 2022-2023-cü tədris ili üçün magistratura pilləsini əhatə edir. Proqram üzrə tədris ingilis dilində aparılacaq və 2 il davam edəcək.
İkili diplom proqramına sənəd qəbulu martın 15-də başa çatır.
Tələbə adını qazanmaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistratura imtahanının birinci mərhələsində iştirak etmək zəruridir.
Dostlarınızla paylaşın!