
Hansı tələbələr ödənişlərdən azad olacaq?



Dərs ilinin başlamasına bir aydan az bir müddət qalıb.
Universitetə daxil olan tələbələrin sentyabrın 15-də ilk qədəmlərini universitetə basmaları üçün qeydiyyatdan keçmələrinə bir neçə gün var.
Qanuna edilən dəyişikliyə əsasən ödənişli bölməyə daxil olan, ata və analarını itirən tələbələr isə ödəniş haqqı ödəməkdən azaddırlar.
“Milli Məclis qanunlarda müvafiq dəyişikliklər etdi. Hər iki valideynini itirən və ali məktəbin ödənişli yerlərinə qəbul olunan gənclərimiz təhsil haqqından azad edilirlər. Onların təhsil haqqını dövlət müvafiq qaydada öz üzərinə götürür. Bunun üçün sadəcə olaraq valideynlərinin vəfat etməsi barədə arayışı qəbul olduqları ali məktəbin qəbul komissiyasına təqdim etmək lazımdır”, – deyə millət vəkili Aydın Mirzəzadə bildirib.