
Hansı rayonun təhsil şöbəsinin müdiri vəzifəsindən azad edildi və nə səbəbdən?

30.11.2015

490

Tərtər Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.
"Report"un məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Surxay Xasay oğlu Mirzəyev Tərtər Rayon Təhsil Şöbəsinə müdir təyin edilib. S.Mirzəyev bundan əvvəl rayon təhsil şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, Tərtər Rayon Təhsil Şöbəsinin əvvəlki müdiri Aydın Qarayev işində yol verdiyi nöqsanlara görətutduğu vəzifədən azad edilib.
Milli.Az
Dostlarınızla paylaşın!