
Hansı məktəbə 5 milyon manat ayrildı ?

18.11.2014

416

Prezident İlham Əliyev “Bakı şəhərinin Yasamal rayonundakı 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Aavropa.info xəbər verir ki, sərəncama əsasən, məktəb üçün yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Qeyd edək ki, bu haqda məlumat Təhsil Nazirliyinin rəsmi saytında yayılıb.
Dostlarınızla paylaşın!