
Günəşin səthində “sürünən ilan” təsviri lentə alındı

19.11.2022

179

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki,görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi" əks olunur.
Məlumatda bildirilib ki, bu, alimlərin əvvəllər müşahidə etmədiyi bir hadisədir. Onlar bu hadisəni günəş partlayışları ilə əlaqələndiriblər.
Görüntülər oktyabrın 12-də çəkilib.
Qeyd edək ki, Solar Orbiter 2020-ci ilin fevralında buraxılıb.
Dostlarınızla paylaşın!