Facebook və məktəblilər (yeni layihə hazıranır)
Məktəblilərə sosial şəbəkədən istifadə qadağası qoymaq vacibdir.Bu sözləri Milli.Az-a Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib.
"Facebook və digər sosial medialar vaxt aparan bir şeydir. Şagirdlərin öz vaxtlarını səmərəsiz şəkildə bu səhifələrə sərf etməsi yolverilməzdir. Burada həm valideynlərin, həm də məktəbin nəzarəti olmalıdır", - deyə o əlavə edib.
Ekspert hesab edir ki, Azərbaycanda məktəblilərin sosial şəbəkələrə girişinə qadağalar qoymaq lazımdır.
"Bəziləri hesab edə bilər ki, bu cür qadağalar uşaqların hüquqlarının pozulmasıdır, ancaq mən düşünürəm ki, burada hüquqların pozulmasından söhbət getmir. Sadəcə uşaqlarımızın kənar təsirlərdən qorunmasından, uşaqların öz vaxtlarından səmərəli istifadə etməsindən söhbət gedir.
Türkiyə hökuməti bu problemin aradan qaldırılması üçün sərt addım atıb. İyulun 1-dən etibarən Türkiyədəki bütün orta məktəblərdə sosial şəbəkələrdən istifadə etmək yasaqlanıb. Xüsusilə də məktəblilərin Facebook və Twitter-dən yararlanmaları qadağan olunub. Şagirdlərə məktəbdə çəkdikləri foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşmaq, habelə müəllimlərlə bağlı təhqiramiz statuslar yazmaq da yasaqlanıb. Yasaqları pozanlar ilk dəfə xəbərdarlıq alacaqlar, əməli təkrarladıqda isə məktəbdən qovulacaqlar.