
Facebook vasitəsi ilə Təhsil Nazirliyinə suallarınızı yazın - cavab alın

14.01.2016

994

Təhsil Nazirliyinin “Feysbuk” səhifəsində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı suallara cavab veriləcək. SİA-nın məlumatına görə, 14-29 yanvar tarixlərində (iş günləri nəzərə alınmaqla) suallar şərhlər vasitəsilə cavablandırılacaq.
Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək. Müraciətlər qeyd edilən məsələ ilə bağlı olmalıdır.
Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Belə şərhlər cavablandırılmayacaq.
İntizarə
Dostlarınızla paylaşın!