
Elm və təhsil nazirinin müşaviri: "Bu gün elmlə maraqlananların sayı çox azdır"

16.02.2023

186

"Elmlə maraqlanmaqla bağlı bu gün ciddi problemlər müşahidə olunur. İnsanlara təşviqedici məlumatları aşılamaq önəmlidir".
"Report"xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, cəmiyyət nə qədər çox elmə yönəldilsə o qədər yaxşı nəticə əldə ediləcək: "Qarşıda duran vəzifələrdən biri cəmiyyətin düzgün məlumatlandırılmasıdır. İnsanların mənfi və səhv fikirlərdən yayındırılması vacibdir".
Qeyd edək ki, təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir.
Dostlarınızla paylaşın!