
Dövlət qulluğu və doktoranturaya qəbul imtahanlarının tarixləri açıqlanıb

15.02.2023

201

2023-cü ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarınıntarixlərielan olunub.
DİM-dənAZƏRTAC-a bildirilib ki, imtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edilir. DİM iştirakçıların nəzərinə çatdırır ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Dostlarınızla paylaşın!