
DİM sədri: “Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”

02.02.2023

203

“Buraxılış imtahanlarının kompüterlə keçirilməsi yaxın 5 ildə mümkün deyil”.
“Report”un xəbərinə görə bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Qurum sədri bildirib ki, hazırda bu üsuldan tam olaraq yüksək səviyyəli - magistraturaya, doktoranturaya qəbul imtahanlarında istifadə edilir.
M.Abbaszadə vurğulayıb ki, buraxılış imtahanları ən kütləvi imtahanlar olduğu üçün həmin imtahaları yalnız kompüterlə keçirmək gələcək 5 ildə mümkün deyil:
“Nəzərə almaq lazımdır ki, sözügedən imtahanlarda 130 mindən çox insan iştirak edir”.
O əlavə edib ki, bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarının kompüterlə keçirilməsi planlaşdırılır.
Dostlarınızla paylaşın!