Diaqnostik qiymətləndirməni keçənlərə məlumat (maaşa təsiri)
“Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək”. Bu fikirləri SİA-ya təhsil üzrə ekspert Kamran Əsədov diaqnostik qiymətləndirmənin müəllimlərin maaşına təsiri barədə şərhində deyib.
Ekspert bildirib ki, artıq iki ildir ki, Azərbaycanda “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” təsdiqlənib: “Diaqnostik qiymətləndirilmə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır. Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar.Qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur”.
Onun sözlərinə görə, ilk öncə bu qanun Bakıda yerləşən orta ümumtəhsil məktəblərinə şamil edildi: “2015-ci ilin noyabrından isə regionlarda da bu qanunun icrasına başlandı. Ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndrimədən keçməyib. Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək. Əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılacaq. Müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi 2016-cı il ərzində keçiriləcək. Növbəti mərhələdə isə respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq”.
Kamran Əsədov qeyd edib ki, ölkə Prezidentinin sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə (12 saatdan 18 saatadək), aylıq vəzifə maaşları isə orta hesabla 2 dəfə artırıldı: “Bu qanun dərs yükü çox olan müəllimlərə təsir edəcək, amma dərs yükü az olan müəllimlərə o qədər də təsir etməyəcək. Qeyd edim ki, bir stavka (həftədə 12 saat) dərs yükünə görə ali təhsilli müəllim stajından asılı olaraq minimum 155 manat (10-cu ixtisas dərəcəsi ilə) maksimum isə 207 manat (15-ci ixtisas dərəcəsi ilə) əməkhaqqı alır. Onu da vurğulamalıyam ki, hazırda müəllimlərimizin 64 faizinin həftəlik dərs yükü 17 akademik saatdan azdır, yəni onlar il ərzində 408 saatdan az dərs deyirlər. Reallıqdan danışsaq, nə qədər artım olsa da, bu kifayəq etmir. Çünki, əmək haqqının artımı inflyasiyadan dəfələrlə azdır. Müəllimlər məcburiyyətdən bir neçə yerdə işləməli olur. Normal əməkhaqqıalsalar müəllimlər nə repitorluq edər, nə də müxtəlif yerlərdə işləyərlər. Azərbaycandan 150 mindən çox müəllim var. Onların təxminən 35 mini Bakınınpayına düşür.Cənab Prezidentin sərəncamında maaş artımı 2 dəfə göstərilsə də, hər saatüçün real artım 30%-dən də azdır. Belə ki, qüvvədə olan qanunvericiliyə görəhazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka həftədə 12 saat, maaşı (10-cu dərəcə) 155 manatdır. Yəni hər saat üçün 12 manat 90 qəpik. Maaşlar 2 dəfə artırılsa, müəllim 310 manat almalıdır. Amma hökumət təkcə maaşları artırmayacaq, dərs yükünü də artıracaq. Yəni 1 stavka 12 saat yox, 18 saat olacaq. 12 saata görə müəllim saatda 12.90 qəpik qazanırdısa, artım baş verdiyi halda 18 saata görə 17.20 manat saathesabı qazancı olacaq. Amma iş bununla da bitmir. Beləki, müəllimin əlinə aldığı maaş (vergilər və sosial müdafiə fonduna ödəmələr çıxıldıqda) daha az olacaq. Çünki 2015-ci il yanvardan ölkədə yaşayış miniminunun dəyəri 140 manata çatdırılıb. Müəllimlərin əməkhaqqından yaşayış minimumunu çıxanda, yerdə qalan vəsait vergiyə cəlb olunurdu. 12 saat dərs üçün 155 manat alan müəllim 7 manat gəlir vergisi və sosial ayırma ödəyəndən sonra 148 manat təmiz maaş alırdı. Yeni fərmandan sonra isə 310 manat alan müəllimin məvacibindən onun netto gəliri 277 manat olacaq - 33 manat vergisi və ödəmələrə çıxılacaq. Bu isə o deməkdir ki, müəllimlərin maaşı ən çoxu 25 faiz artacaq. Burada daha bir ehtimal var. Bəlkə də müəllimlərin dərsyükü çoxaldılmaqla,vergi tutmaları da artırılır. Məsələn, əvvəllər 155 manat maaş alan müəllim vergiyə7 manat ödəyirdisə indi 2 nəfərin maaşını 1 nəfər alanda daha 144 manat üçündə vergi ödəniləcək”.
Tofiq