Diaqnostik qiymətləndirilməsi aparılan direktor və müavinlərinin maaşı artırılıb
Nazirlər Kabineti "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
"Report"xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 799 manatdan 879 manata, direktorun müavinlərinin aylıq vəzifə maaşı 719 manatadan 791 manata çatdırılıb.
Bu Qərar 2023-cü il fevralın 1-dən tətbiq edilir.
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarınınsxemi
Sıra №-si |
Təhsili |
Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla) |
||||
pedaqoji staj 3 ilə qədər olduqda |
pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda |
pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda |
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda |
pedaqoji staj 18 ildən çox olduqda |
||
1. |
Ali təhsilli |
607 |
653 |
686 |
733 |
785 |
2. |
Orta ixtisas təhsilli |
554 |
587 |
607 |
647 |
700 |
Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan gənclərinçağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi
Sıra №-si |
Təhsilin pillələri və pedaqoji staja qoyulan tələblər |
Aylıq vəzifə maaşı (manatla) |
1. |
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı ən azı 5 ilə qədər |
477 |
2. |
Xüsusi hazırlıq keçmiş, tam orta təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 5 ilə qədər |
493 |
3. |
Orta ixtisas təhsilli, pedaqoji stajı 5 ildən 10 ilədək; orta hərbi təhsilli və ya ali təhsilli, pedaqoji stajı hər iki halda 5 ilə qədər |
508 |
4. |
Ali təhsilli, pedaqoji stajı 5 ildən çox; orta ixtisas təhsilli, pedaqoji stajı 10 ildən çox; orta hərbi təhsilli, pedaqoji stajı 5 ildən çox; ali hərbi təhsilli, pedaqoji staja tələb qoyulmadan |
539 |