Diaqnostik qiymətləndirilmənin vaxtı məlum oldu (rayonların siyahısı)
Azərbaycanın 12 rayon və şəhərində keçiriləcək müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmənin vaxtı məlum olub.
Təhsil naziri Mikayıl Cabbarovun müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə imzaladığı əmrdə deyilir ki, 2015-ci ilin noyabr-dekabr aylarında Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Birinci imtahan 28-30 noyabr tarixlərində Masallı Olimpiya İdman Kompleksində Masallı və Cəlilabad rayonundan olan müəllimlər üçün keçiriləcək.
4-7 dekabr tarixlərində Sabirabad Olimpiya İdman Kompleksində İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, 11-12 dekabr tarixlərində Xaçmaz Olimpiya İdman Kompleksində Xaçmazdan olan müəllimlər üçün, 16-20 dekabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Sumqayıt, Abşeron və Qubadlıdan olan müəllimlər üçün, 24-25 dekabr tarixlərində Gəncə Olimpiya İdman Kompleksində Gəncədən olan müəllimlər üçün imtahanlar təşkil olunacaq.