Cəlilabadda qəzalı olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb
29.01.2023
156
Cəlilabad rayonunun Sərhədabad kəndində qəzalı vəziyyətdə olan məktəb üçün yeni binanın tikintisinə başlanılıb.
"Report"un Muğan bürosu xəbər verir ki, məktəb Heydər Əliyev Fondunun dəstəyilə tikilir.
Məktəb binasının tikintisi birtipli layihə əsasında 360 yerlik olmaqla inşa edilir.
Qeyd edək ki, Sərhədabad kənd tam orta məktəbi rayonun qəzalı vəziyyətdə fəaliyyət göstərən məktəblərindən idi.
Dostlarınızla paylaşın!