Cəlilabadda Gənclər Günü qeyd olunub
Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
"Report"xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, tələbələr, hərbi qulluqçular və fəal gənclər iştirak ediblər. Tədbirdə yaradıcı gənclərin xeyriyyə məqsədi ilə təşkil edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov və başqaları çıxış ediblər.
Çıxışçılar Prezident İlham Əliyevin gənclərə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevridiyini qeyd etmişlər.
Tədbirdə Rafiq Cəlilova cəlilabadlı gənclər adından "Gənclərin Dostu" mükafatı ilə təltif olunub, habelə 2022-ci ildə müxtəlif sahələrdə fərqlənən gənclərə rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilib.