Bunu müəllimlərimiz bilməli və Rusiyadakı həmkarlarına mənəvi dəstək olmalıdır
Rusiyada təzəlikdə qəbul olunan yeni qanuna diqqət yetirsək bizim müəllimlərimizin indiki vəziyyətinizə və onların üzərinə qoyulan vəzifələrin həcminə şükür edəsi olacıq. Beləliklə....
2015-ci ildən Rusiya müəllimlər yeni standartlar üzrə işləyəcək. İndi hər bir məktəb müəllimi xarici dil bilməli, sosial şəbəkələrdən anlamalı, miqrantların uşaqları və sağlamlıq imkanları məhdud olan uşaqlarla işlənməyi bacarmalıdır.
Müəllimlərin yeni peşə standartı prezident Vladimir Putinin tapşırığı ilə son iki ildə hazırlanıb.
Sənədə görə, indi hər bir müəllim hər cür kateqoriyaya uyğun olan uşaqlarla işləməyi bacarmalıdır: xüsusi istedadlı uşaqlardan tutmuş inkişafda geridə olan uşaqlaradək. Müəllim həm də peşəkar psixoloq olmalıdır. O da nəzərdə tutulur ki, hər bir müəllim xarici dil bilməlidir ki, əcnəbi informasiya mənbələri istifadə edə bilsin. Bundan əlavə, müəllim ekskursiya və səfərlər təşkil etməyi bacarmalıdır.
"Müəllim" həmkarlar ittifaqının həmsədri Vsevolod Luxovutski hesab edir ki, Tələb olunan bu meyarlar ideal müəllimə uyğundur və onlara dərhal Rusiyanın əməkdar müəllim adı vermək olar. Belə müəllimlərin sayı Rusiyada 100 nəfərdən çox deyil. Belə müəllimlərin yetişməsi üçün ali pedaqoji məktəblərdə təlim proqramını dəyişdirmək lazımdır. Hələ ki bu tələblərə uyğun deyil.
Yeni standarta necə keçəcəklərini heç Təhsil nazirliyində belə bilmirlər.